Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib.
O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq bəzi şirkətlərə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.
Bunların siyahısı:
1.“Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar,
2.“Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar,
3.“M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar,
4.“Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar.
F.Talıblı deyib ki, hazırda “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edən müəssisədə araşdırma davam edir.