Hesablama Palatasının 2017-ci ildə xərcləri 3 369 432 manat təşkil edib.
Palatadan Oxu.Az-a verilən məlumata görə, qurum xərclər smetasını 88,14% icra edib.
Əməyin ödənilməsi ilə bağlı ödənişlərə isə il ərzində 526.460 manat xərclənib. Ştatda olan işçilərin əməkhaqqı xərcləri 1 750 146 manat, ştatdankənar işçilərin əməkhaqqı xərcləri isə 35564 manat olub.
Pensiyaya çıxan dövlət qulluqçularına müavinətlər üzrə ödənişlər 11 218 manat, iş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət 20 838 manat təşkil edib.
Hesabatda diqqəti çəkən palatanın kommunal xərcləri olub. Belə ki, ötən il elektrik enerjisi haqqının ödənilməsinə 22.986 manat, təbii qazdan istifadə üçün 10.000, su haqqının ödənilməsinə 2. 358 manat, istilik enerjisi haqqının ödənilməsinə 6.000, kanalizasiya xidmətləri haqqının ödənilməsinə 2.359 manat ödənilib.
Ötən il Hesablama Palatasının işçiləri 15.928 manat dəyərində ölkədaxili telefon danışığı reallaşdırıblar. Beynəlxalq telefon danışıq haqları 266 manat olub. İnternet xidməti haqqının ödənilməsinə 14.160 xərclənib.
Ölkədaxili ezamiyyətlər üzrə xərclərdə 59 438 manat və ya 60,04%, xarici ezamiyyətlərdə 74 480 manat artım olub.
L.Ə.
www.oxu.az