Aprelin 17-da kənd təsərrüfatı naziri Heydər Əsədov “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası ilə bağlı müzakirələrin aparılması məqsədilə İslam İnkişaf Bankının nümayəndələrilə görüşüb.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Nazir İslam İnkişaf Bankı ilə əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb. Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə olundu, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə nazir Heydər Əsədov öz məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev verilən səmərəli təklifləri təqdirəlayiq hesab edərək onların layihə fəaliyyətində nəzərə alınmasını məqsədəmüvafiq hesab edib.
Ülviyyə R. Əli