Azərbaycan hökuməti dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əmək haqlarında əhəmiyyətli artım hazırlayır.
Hökumətdən Fineko/abc.az-a bildiriblər ki, büdcə işçilərinin əmək haqlarının artırılması haqqında qərarlar hazırlıq prosesindədir.
“Hökumət bu sahələrdə idarə maaşlarının nəzərəçarpacaq dərəcədə (10% və daha çox) artırılmasına istiqamətlənir. Dövlət büdcəsi haqqında qanunda bu məqsədlər üçün pul nəzərdə tutulub və büdcənin icrası bu addımı atmağa, yəni maaşları artırmağa imkan verəcək” – deyə, hökumətdən bildiriblər.
Bundan başqa, hökumətdən maaşların artırılmasını həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı olmadığını qeyd ediblər:
“Xüsusi dövlət qulluqçusu statusu daha çox müəllim və həkimlərə veriləcək üstünlüklərlə bağlı olacaq, aylıq maaşlarla deyil”.
Xatırladaq ki, 2013-cü ildə həm də pensiyaların artırılması planlaşdırılır.
www.abc.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin