“Expressbank” yalnız fərdi deyil, həm də korporativ müştərilərinə yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir.
Müştərilərinin istək və arzularına daim həssas yanaşan “Expressbank” yeni kampaniyası çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlar üçün xüsusi misli görünməmiş güzəştlər nəzərdə tutub.
Kampaniyanın şərtlərinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlara 10-dan çox bank xidməti üzrə növbəti xüsusi təkliflər təqdim olunur:
Əməkhaqqı layihələri - pulsuz;
Biznes kartların verilməsi – pulsuz;
POS-terminalların quraşdırılması – pulsuz;
Valyutaların dəyişdirilməsi – pulsuz;
Ölkədaxili köçürmələr – pulsuz;
Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əməkhaqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə və qənaət etməyə imkan verəcək.
Kampaniya üzrə tariflər 03.04.2017 – 15.06.2017 tarixlərində keçərlidir. Kampaniya çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcəklər.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az