Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin AZ2021008688 ISIN-li, 25 mln. manatlıq, 18 il (6 480 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Oxu.Az xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 001,67 manat olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,2 mln. manat təşkil edib və qiymətli kağızların hamısı yerləşdirib.
L.Ə.