“Expressbank” şirkət əməkdaşlarına və fərdi sahibkarlara bir sıra üstünlükləri olan “Business Card” kart məhsulunu təklif edir. Bu kartlar vasitəsilə çek kitabçası olmadan POS-terminallar və bankomatlar vasitəsilə nağdlaşdırma, ödənişlər etmək mümkündür. Biznes kartlar ezamiyyə, qaimə, təsərrüfat, nümayəndəlik və s. xərclərinin ödənilməsi məqsədilə müştərilərə təqdim olunur.
Bu kartlar özündə digər ödəniş kartlarının imkanlarını saxlamaqla yanaşı, həm də maliyyə xərclərinə ikili nəzarətin təşkil edilməsi imkanını da yaradır. Belə ki, fərdi sahibkarların mail ünvanına gün ərzində kart ilə keçirilən əməliyyatlar haqqında bildirişlər göndərilir və pulsuz SMS-Banking xidməti təklif olunur.
Biznes kartın digər üstünlüyü filiallarda POS-terminal ilə birgə sifariş edildiyi zaman müştərilərin kart hesabı üzrə xidmət haqqına 50%-dək endirimdən yararlanmasıdır.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “Express Pay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az