Çoxları elə düşünür ki, İstanbulda digər Avropada yerləşən meqapolislərlə müqayisədə evlər ucuzdur. Bu, doğrudan da, belədirmi?
Oxu.Az fins.az-a istinadən xəbər verir ki, şəhərin ərazisi 5343 km²-dir. İstanbulda evlərin kvadrat metri orta hesabla 855 avrodur. 60 min avroya İstanbulda ev almaq olar, lakin bu cür evlər şəhər kənarında yerləşir.
Əgər İstanbulun tarixi yerlərində ev almaq istəsəniz, bu zaman 120 min avronuzdan keçməli olacaqsınız. Bundan başqa, bu cür evin təmirinə də bir qədər pul xərcləmək lazım olacaq. İstanbulun dəbdəbəli rayonlarında isə evlər 200 min avrodan başlayır.
Hansı rayonda ev almaq daha yaxşıdır?
Bu şəhərdə yerli vətəndaşlarla yanaşı, əcnəbilər də əmlakla maraqlanırlar. Daha çox Almaniya və Böyük Britaniyadan olan əcnəbilər, eləcə də,ərəblər İstanbuldan ev alırlar. Ancaq heç də 39 rayonun hamısı əmlak sahibi olmaq üçün yararlı deyil . Bu şəhərdə ev alarkən infrastruktura, nəqliyyatın əlçatan olmasına və zəlzələyə davamlı olmasına xüsusi diqqət yetirmək lazımdır.
Bəyoğlu - Bagema və diplomatlar rayonu
Şəhərin Avropa hissəsində yerləşən bu rayon öz villaları ilə xüsusi diqqət çəkir. Şəhərin bu hissəsində çoxlu klublar və turistlər üçün bir-birindən fərqli məkanlar var. Burada iki otaqlı evlər 100-200 min avrodan başlayır. Əgər şəhərin bu hissəsində ev kirayə versəniz, o zaman ayda 900 avro qazanacaqsınız. Bu rayonda ən məşhur yerlər isə Gümüşsuyu və Cihangir yaşayış zonalarındadır.
Beşiktaş – saraylar mərkəzi
Şəhərin bu hissəsi ən müasir və təhlükəsiz bölgələrdən biri hesab olunur. Burada daha çox kommersiya xidmətləri göstərən şirkətlərin ofisləri fəaliyyət göstərir. Bu rayonda ev almaq üçün daha məqbul yerlər Levent, Etiler və Ulus hesab olunur. Yeri gəlmişkən, İstanbulun ən hündür göydələni Levent rayonunda yerləşir.
Respektabellik və istirahət
Əgər əsas məqsədiniz villa almaqdırsa, o zaman Sarıyerdən alın. Bu rayon Bosfor sahilində yerləşdiyindən burada əksər yerlərdən dənizə gözəl mənzərə açılır. Burada Zəkəriyyaköy və Nişantaşından əmlak almaq daha məqəsədəuyğundur. Əgər bu zonalarda əmlak almaq şansınız yaransa, o zaman çox fikirləşməyin. Çünki bu bölgələrdə evlərin qiyməti daim artan xətt üzrə gedir.
L.Ə.