İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 2-də keçirilən hərracda ümumilikdə 40 nəqliyyat vasitəsi yeni sahibini tapıb.
Oxu.Az xəbər verir ki, hərracda Maliyyə Nazirliyinin 1, Müdafiə Nazirliyinin isə 39 avtomobili satılıb.
Start qiyməti 6 500 manat, buraxılış ili 1998-ci il olan "Mercedes-Benz S320" avtomobilinin son qiyməti 15 min 800 manat olub.
Satılan nəqliyyat vasitələrinin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.