Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 13-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 10-i ilə müqayisədə dəyişməyərək 1,7301 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8445 manatdan 1,8378 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0293 manatdan 0,0296 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4696 manatdan 0,4678 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1633 manatdan 2,1617 manatadək ucuzlaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6586 manatdan 0,6510 manatadək azalıb.
U.A.
www.oxu.az