Cari ilin iyul ayında ABŞ dollarının orta məzənnəsi 1.6962 manat, ingilis funt sterlinqinin məzənnəsi 2.2156 manat, avronun məzənnəsi 1.9568 manat, rublun orta məzənnəsi isə 0.0280
manat təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, manat rubl istisna olmaqla, iyul ayında dollara, ingilis funt sterlinqinə, eləcə də, avroya nisbətdə ucuzlaşıb.
Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcminə gəlincə, hesabat dövründə dolların alış və satışı iyun ayı ilə müqayisədə artıb. Belə ki, banklar tərəfindən 147862.7 dollar alışı, eləcə də, 143030.8 dollar satışı reallaşdırılıb.
L.Ə.