Sovet dövründə yaşamış hər bir insandan soruşsanız ki, onlarda “nostalji” hisslərini oyadan nədir, demək olar ki, hər üçüncü şəxs sadaladığında o vaxt ki, ərzaqların fərqli dadından və tamından danışacaq. Yəqin ki, “Əvvəlkinin dadını vermir” ifadəsi hamımıza tanışdır.
Bəli, düzdür o vaxtlar dükanlarda bu qədər çeşiddə ərzaq yox idi. Lakin üçbucaq paketlərdə olan südün dadı başqa idi, “Squşenka”nı bankalarla yemək olardı, “tuşonka” öz dadına görə demək olar ki, delikates idi, hələ xama, mayonez və kolbasa haqqında danışmırıq.
“Sovet uşaqlıq dövrü”nün ləzzətini çoxları indiyə kimi çox gözəl xatırlayır: şəkərdə quşüzümü, şəkər pudrasında pambıq kimi ponçiklər, şokoladda sıroklar...
Hətta kotletlər belə daha tamlı, kolbasa isə - daha ətirli və “ətli” idi. Xanımlarımız ev şəraitində bağladıqları balon və bankalar, duza qoyulmuş turşu və şorabalar yadınızdadırmı? Onların dadını və tamını təsvir etmək üçün şair olmaq lazımdır!

O vaxtı hamı evdə yemək bişirərdi. Hər ailənin öz “özəl” resepti olardı və həmin reseptlərin sirri başqalarına verilməzdi.
Xanımlar süfrələr açanda hərə öz məharətini nümayiş etdirirdi, sanki bir-birləri ilə rəqabət aparardı, kimin “olivye”-si daha ekzotik və zərifdir, kimin “ət qovurması”nın sousu daha qatı, ətirli və doyumludur.
Xanımlar hər gün düşbərə, flotski üsulu ilə makaron, toyuq əriştəsi, dolma, konservləşdirilmiş qızılbalıqdan yeməkləri bişirməyə tənbəllik etmirdilər.
Sovet dövründə xanımların heç ağlına belə gəlməz di ki, “bulyon üçün kubiklər” istifadə etsinlər – bulyonu ətirli kənd toyuğundan və ya ətdən bişirərdilər. Ümumiyyətlə, sovet xanımlarının fantaziya və bacarıqlarına qibtə etmək olardı. Onlar həqiqətən mətbəxdə az miqdarda olan ərzaqlardan ləziz və gözoxşayan yeməklər hazırlayırdılar. Ev şəraitində bişirilən hər bir yemək dadlı və ləzzətli olduğundan “Evdəki kimi dadlı” və “Ev yeməklərinin dadını verir” ifadələri yaranmışdır.

Bizim xanımımız Mari Vanna da sovet dövründə yemək bişirməyə başlayıb və indiyə kimi restoranda təqdim edilən hər bir yeməyin keyfiyyətli və fərqli olmasına səy göstərir.
O ədviyyatları, təzə göyərtini, tərəvəzləri, duza qoyulmuş turşuları çox sevir, onları gördükdə adamın ağzının suyu axır. Onun qonağı olduqda siz təkraredilməz dada malik “ev əriştəsini”nin dadına baxmış olacaqsınız.
Tək bulyonun ətri soyuqdəymə və min bir dərdə dərmandır. Burada siz sevimli salatlarınızın, ləziz mal dilinin, ev mürəbbəsi və cemləri ilə sırnik və blinçiklərin dadına baxacaqsınız. Burada çay üçün mütləq təzə undan hazırlanmış tortlar, pirojna və ya peçenyelər təqdim ediləcək. Bir sözlə burada siz unudulmuş uşaqlıq dadını yadınıza salacaqsınız.
O uşaqlığı ki, hər kəs tam fərqli xatırlayır. SSSR-i dövründə yaşamayanlar isə nəhayət baba və nənələrinin onlara danışdıqları o “tamı” o təbii və dadlı yeməklər”in nə cür olduğunu anlayacaqlar.
Sizi “Mari Vanna Baku” restoranında gözləyirik. Yeməklərimiz ev yeməkləri kimi dadlı və ləzətlidir!

Mari Vanna xəbərlərini İnstagram sosial şəbəkə səhifəsində izləyin! @marivannabaku
https://instagram.com/marivannabaku
Çox maraqlı və qeyri-adi vaxt keçirmək istəyirsinizsə, yolunuzu gözləyirik!