Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, APA-Economics-in əldə etdiyi məlumata görə, Hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarov Palatadan ayrılıb. Onu Əfqan Baxışov əvəzləyib. Fəxriyar Cabbarov isə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə təyinat alıb.
MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov informasiyanı təsdiqləyərək qeyd edib ki, F.Cabbarov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, Ə.Baxışov bundan öncə Təhsil Nazirliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdiri olub.
E.Ə.
www.oxu.az