Mətbəxdə istifadə olunmayan ərzaqlar əsasən zibilliyə atılır. Bu böyük israfçılıq olmaqla yanaşı, ətraf mühiti də çirkləndirir.
Əslində isə, mətbəxdə istifadə olunan ərzaqlardan yenidən istifadə etmək mümkündür.
Bu barədə Oxu.Az CNN-ə istinadən xəbər verir.
Belə ki, tərəvəzləri ev şəraitində belə yenidən yetişdirmək mümkündür. Məsələn, soğan uclarını suya qoymaqla, həmin tərəvəzi yenidən istifadə üçün yararlı hala gətirmək olar. Tərəvəzin yetişməsi üçün günəş işığı bəs edər.

Bundan başqa, çörəkdən də yenidən istifadə etmək olar. Boyatlanmış çörəyi xırda-xırda doğrayıb, ona ədviyyatlar qatmaqla, yenidən istifadə etmək(şorbanın içinə əlavə etmək) mümkündür. Halbuki, istehlakçılar boyatlamış çörəkləri zibilliyə atmaqla kifayətlənirlər.

Hətta həddindən arıq çürümüş bananları belə mikrodalğalı sobanın içinə qoymaqla yararlı etmək olar.

Nə qədər qəribə səslənsə də, meyvə qabıqlarından dərman kimi istifadə etmək mümkündür. Məsələn, rəndələnmiş portağal qabıqları kif qoxusunu aradan qaldırır, eyni zamanda mətbəxə ağcaqanaq və qarışqaların daxil olmasına qoymur. Bundan başqa, portağal qabığından bu məqsədlər üçün istifadə etməsəniz belə, keks, peçenyaların tərkibinə qatmaq olar.

Qeyd edək ki, boyatlamış çipsiləri, qəhvə dənələrini belə yenidən istifadə etmək mümkündür.


Əgər, istehlakçılar bunları etmək də belə tənbəllik edirlərsə, o zaman onlara bəs edəcək qədər ərzaq alınmasına üstünlük verməlidirlər. Bu həm cibimizə, həm də ərzağın nə qədər kobud səslənsə də, zibilliyə atılmasının qarşısını alar.
Ülviyyə R. Əli
www.oxu.az