Bakı Metropolitenində manatın devalvasiyasına baxmayaraq gediş haqqının qalxması gözlənilmir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, metroda gediş haqlarında qiymət artımı yaxın gələcəkdə gözlənilmir:
“Bu məsələ ilə bağlı Metropoliten İdarəsi Tarif Şurasına rəsmi müraciət etməyib. Manatın devalvasiyasına baxmayaraq Bakı Metropoliteni gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib”.
E.Ə.
www.oxu.az