Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Bu barədə qurumdan Oxu.Az-a bildirilib.
Görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, "yaşıl" enerji və digər sahələri əhatə etdiyi bildirilib.
Tərəflər ölkələrimizin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.
Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb.
Bununla bağlı nazir rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
"İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Luka Di Canfrançeskoya fəaliyyətində uğurlar arzulayırıq. Cənab səfirlə görüşümüzdə birgə təşəbbüslərin dəstəklənməsinin önəmini qeyd etdik. İtaliyaya həmkarlarla birgə səfərimiz çərçivəsində qarşılıqlı faydalı imkanların reallaşdırılması istiqamətində müzakirələrimizi davam etdirəcəyik".
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Azərbaycanla İspaniya arasında Strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
- Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
- Mikayıl Cabbarov Yel çərşənbəsi ilə bağlı paylaşım edib
- Mikayıl Cabbarov 8 Mart münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib