Yapon nəhəngləri - Mitsubishi, Honda, Mazda və Subaru brendlərinin rəsmi distribüterində qiymətləri dəyişilməz olaraq qalır.
“Biz təəssüf edirik ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı olaraq, bəzi fürsətçilər hətta anbarlarında olan məhsulların qiymətlərini də artırıblar” – rəsmi təmsilçidən belə deyiblər.
Rəsmi distribüterdə bu brendlərin əsas modellərinin qiymətlərini diqqətinizə çatdırırıq.
Mitsubishi Mirage - 11 900 AZN
Mitsubishi Attrage - 12 500 AZN
Mitsubishi Pajero - 31 900 AZN
Mitsubishi ASX - 21 900 AZN
Honda Accord - 26 900 AZN
Honda CR-V - 28 500 AZN
Honda City - 17 500 AZN
Mazda3 - 20 900 AZN
Mazda6 - 25 900 AZN
Mazda CX-5 - 23 900 AZN
Subaru XV - 22 900 AZN
Subaru Forester - 23 900 AZN