"Moody's" tərəfindən hazırlanan qlobal makro hesabatda Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya, Koreya, Meksika və Türkiyənin artım proqnozları yenidən nəzərdən keçirilib.
Oxu.Az xəbər verir ki, agentlik 2017-ci ildə Türkiyənin iqtisadi artım proqnozunu 2,6 faizdən 3,7 faizədək yüksəldib. Avropa bölgəsinin iqtisadi artım proqnozunu isə 1,7 faizdən 2,1 faizədək artırıb.
Hesabata görə, 2017 və 2018-ci illərdə ABŞ artım proqnozu müvafiq olaraq 2.2-2.3% səviyyəsində olacaq.
L.Ə.