İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.
Oxu.Az Dövlət Xidmətinə istinadən xəbər verir ki, avtomobillər Müdafiə Nazirliyinə məxsus olub.
6 ədəd avtomobil 12430 manata, digər 3 avtomobil isə 6270 manata satılıb.
Növbəti dövlət əmlakı hərracları 4, 13, 18 və 25 noyabr 2025-ci il tarixlərində keçiriləcək.