Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1.4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25.1 faiz çoxdur.
Oxu.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, "ƏDV geri al" layihəsinin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3.7 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409.8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80.1 milyon manat və ya 24.3 faiz çoxdur.