Bu gün bəzi kütləvi informasiya vasitələrində Naxçıvanda avtomobil benzininin 1 litrinin qiymətinin artaraq 1 manata satılması ilə bağlı məlumatlar yayılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, sözügedən məsələ ilə bağlı Nazirlik tərəfindən araşdırma aparılıb.
“Bu gün məsələni araşdırdıq və məlum oldu ki, Naxçıvanda benzinin qiymətində heç bir artım yoxdur. A 92 markalı avtomobil benzininin 1 litri əvvəlki qiymətinə yəni 55 qəpiyə, A 95 benzini isə 60 qəpiyə satılır”, - Abbas Əliyev deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına əsasən ölkədə Aİ-95 markalı avtomobil benzininin 1 litri üçün 60 qəpik, Aİ-92 markalı benzinin 1 litri üçün 55 qəpik, Aİ-80 markalı benzinin 1 litri üçün 55 qəpik, dizel yanacağının, məişət soba yanacağının və ağ neftin (KO-20) 1 litri üçün isə 45 qəpik müəyyənləşdirilib.
13:40
İran İslam respublikasından Naxçıvan muxtar Respublikasına gedən yol bağlandıqdan sonra bölgədə yanacağın qiyməti qalxıb.
İndi Sədərəkdən tutmuş Ordubada kimi bütün yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin qiyməti 1 manatadır.
Oxu.Az xəbər verir ki, bu barədə “Axar.az”a Şərur rayon Şahtaxtı sakini Muxtar Əliyev məlumat verib.
Onun dediyinə görə, iki gündür ki, muxtar respublikada əməlli yanacaq qıtlığı hiss edilir:
“Hətta 1 manata belə benzin tapmaq müşkülə çevrilib. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi isə bilinmir”.
Naxçıvandan aldığımız məlumata görə, dizel yanacağının qiyməti Muxtar Respublikada 1 manata qalxıb, amma Aİ 92 benzini qalxmayıb:
Həmçinin bildirilir ki, benzinin qiyməti qalxmasa da, məhdudiyyətlər tətbiq edilib.
Yanacaqdoldurma məntəqələri 5-6 litrdən artıq benzin satmırlar.
“İranla sərhəd-keçid probleminin yaranmasına görə qıtlıq yaranıb".
