Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.
Oxu.Az-ın xəbərinə görə, müvafiq əmri kənd təsərrüfatı naziri İnam Kərimov verib.
Hər iki şəxs yol verdikləri ciddi nöqsanlara görə işdən çıxarılıb.