"Gənclər sosial xərc deyil, strateji investisiyadır. Azərbaycan son beş ildə təhsil sahəsinə təxminən 2 milyard ABŞ dolları ayırıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan "Sərhədsiz Gənclər: Birgə Regional Rifahın Təşviqi" tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 70 minə yaxın gəncə müxtəlif təhsil və maliyyə dəstəyi proqramları vasitəsilə yardım göstərilib:
"Gənclərin potensialının reallaşdırılması üçün onların daha böyük bazarlara, mobillik imkanlarına və regional əməkdaşlıq platformalarına çıxışı təmin edilməlidir. İnkişaf yalnız layihələrin deyil, insanların maliyyələşdirilməsindən keçir".