“2020-ci ildə “Əşyaların İnternet”nin bazarının həcmi indikindən 2 dəfədən çox artaraq təqribən 1,7 trilyon dollar olacaq. Bu rəqəm on il ərzində daha on dəfədən çox artacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Əşyaların İnternet”nə dair keçirilən konfransda çıxışı zamanı deyib.
“Bu isə indiki dünya ÜDM-nin təqribən11%-i deməkdir və bu internetə qoşulacaq milyardlarla müxtəlif qurğuların hesabına baş verəcək. 2020-ci ildə internetə təqribən 50 milyarddan çox qurğunun qoşulacağı bildirilir.
Bu gün onların yalnız 17%-ni indi istifadə etdiyimiz qurğular planşet, kompüter, smartfonlar təşkil edəcək, qalan 83%-i isə müxtəlif əşyalara quraşdırılacaq sensorlar, digər mobil qurğular, əşyalar olacaq”, - deyə nazir müavini sözlərinə əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az