Minimum aylıq əməkhaqqının artırılması özəl sektorda çalışanların da əməkhaqlarının artımına səbəb olacaq.
Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, məlumatına Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, minimum əməkhaqqı əsasında təkcə dövlət sektorunda deyil, eyni zamanda özəl sektorda maaşlar verilir:
“Minimum əməkhaqqından aşağı maaşların verilməsi qanunla qadağandır. Bunu görə də sahibkarlar da şirkətlərində çalışan adamlara 105 manat səviyyəsindən aşağı əməkhaqqı verməməlidirlər”.
Nazir bildirib ki, 2003-cü ildən bəri əməkhaqları 12 dəfə artırılıb.