Dövlət Sığorta Nəzarəti Xidməti martın 4-də keçirilən attestasiya imtahanının nəticələrini açıqlayıb.
Bu barədə Oxu.Az-a xidmətdən məlumat verilib.
Xatırladaq ki, imtahan “Sığorta fəaliyyəti haqqında” Qanuna və Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun olaraq keçirilib.
İmtahandan uğurla keçənlər aşağıdakılardır:
1. Məmmədova Günay
2. Mansurov Sadıx
3. Mikayılov Sərxan
4. Abbasova Elnarə
5. Abdullayev Fərid
6. Quliyeva Leyla
7. Haqverdiyev İlqar
8. Kazımov Nurlan
9. Əliyev Famil
10. Əfəndiyev Orxan
11. Quliyev Cəlal
12. Rzayev Elvin
13. Ağamalıyev Emil
14. Əhmədzadə Ülkər
15. Şirinli Orxan
www.oxu.az