Neftin qiymətinin bahalaşması davam edir.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,86% artaraq 54,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 dollar və ya 0,88% artaraq 57,39 dollar olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, beləliklə, neftin qiyməti ardıcıl dörd həftədir artım nümayiş etdirir.
Həftə ərzində WTI markalı neft 0,9%, Brent markalı neft isə 1% bahalaşıb.
Açıqlanan statistikaya əsasən, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları 7,05 mln. barrel azalıb. Ekspertlər isə ehtiyatların 2 mln. barrel azalacağını proqnozlaşdırıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEK ölkələri arasında əldə olunan razılaşmaya uyğun olaraq sutkalıq hasilatı 486 min barrel azaldıb. Bununla da Səudiyyə Ərəbistanı sutkalıq hasilatını 10,058 mln. barrelə çatdırıb.
09:00
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 0,09% azalaraq bir barelə görə 56,84 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,07% ucuzlaşaraq 53,72 dollara satılıb.
U.A.
www.oxu.az