Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Nəqliyyat Şöbəsinin direktoru xanım Xiaohong Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib.
“Nümayəndə heyətini Nəqliyyat nazirinin müavini Musa Pənahov qəbul edib.
M. Pənahov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, görülən işlər barədə ətraflı məlumat verib.
Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihələr üzrə həyata keçirilən işlərin gedişatı, həmçinin layihələrin icrasının hazırkı vəziyyəti barədə müzakirələr aparılıb” - deyə, nazirlikdən bildirilib.
Bundan başqa, tərəflər Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında nəqliyyat sektoru üzrə gələcək əməkdaşlıq məsələləri, 2016-cı və növbəti illərdə prioritet hesab edilən yeni yol infrastrukturu layihələlərinin Bank tərəfindən maliyyələşdirilməsi mövzusunda fikir mübadiləsi aparıblar.
Ülviyyə R. Əli
www.oxu.az