Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti tam normaldır.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Məlumata görə, bu saata qədər müvafiq qurumlar paytaxtın əsas küçə və prospektlərini qardan təmizləyərək yollara duz və qum səpib:
“Görülən işlərin nəticəsi olaraq paytaxtın əsas küçə və yollarında nəqliyyatın intensiv hərəkəti yaradılıb və yollarda heç bir problem yoxdur”.
E.Ə.
www.oxu.az