“Azərbaycan su istifadəçiləri assosiasiyalarına dəstək layihəsi” (WUAP) genişləndiriləcək, bu həm də dövlət hesabına həyata keçiriləcək.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, informasiya mənbələrindən alınan məlumata görə, hökumət WUAP-ın maliyyələşdirilməsinə əlavə olaraq 84 milyon dollar ayırmağa hazırdır.
“Bu Dünya bankından gözlənilən (150 milyon dollar) məbləğ ilə WUAP büdcəsini 234 milyon dollara qədər artırır”, - mənbə bildirib.
Azərbaycan hökumuəti və Dünya bankı arasında WUAP üzrə aparılan rəsmi danışıqlar 16 aprel tarixinə təyin edilib.
Hal-hazırda WUAP bankın Azərbaycanda yeganə irriqasion layihəsidir. Ölkə və bank arasında əməkdaşlıq boyunca bu layihə bu qəbildən olan layihələrin üçüncüsüdür.
Bank qeyd edib ki, əlverişli iqlim və torpaq şəraitinə görə Azərbaycan kənd təsərrüfatı sahəsində üstünlüklərə malikdir, amma suvarma eləcə də rentabelli məhsul istehsalı üçün vacibdir. Suvarma sistemlərinin çoxu reabilitasiya edilməlidir, xüsusilə də fermalarda mövcud olanlar, bu suvarma sistemləri su istifadəçiləri tərəfindən idarə edilir. Dünya bankı tərəfindən dəstəklənən əvvəlki layihələr su istifadəçilərinin suvarma sistemlərinin idarəsini öz üzərlərinə götürməyə və irriqasion infrastrukturun reabilitasiyasına yardım etdi. Yeni layihə isə bu dəstəyin məkanını daha da genişləndirəcək.
WUAP suvarma sistemlərinin idarəsinə cavabdeh olan, su istifadəçiləri assosiasiyalarının (SİA) potensialının möhkəmlənməsinə diqqət yönəldir. Layihə təxminən 900 min hektar sahədə fəaliyyət göstərən, 379 SİA tədrisini və dəstəyini nəzərdə tutur.
Layihə həmçinin təxminən 3 min kilometr suvarma və drenaj kanallarını, hidrotexniki qurğuları bərpa etməyi nəzərdə tutur, bu isə 85,5 min hektar sahədə fəaliyyət göstərən 34 SİA üçün müsbət göstəricidir.
Ötən layihələrin təcrübəsi göstərir ki, bu fermerlərə əldə edəcəkləri gəliri gözə çarpacaq dərəcədə artırmağa yardım edəcək.