OPEC 2017 və 2018 illər üzrə neft tələbi proqnozlarını artırıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, OPEC 2017 və 2018-ci illər üzrə neft təklifi proqnozlarını hər il üçün ayrı-ayrılıqda gündəlik 200 min barel artırıb.
Qeyd edək ki, Liviyanın istehsalındakı artım qrupun istehsalını bu ilin ən yüksək səviyyəsinə qaldırıb.
OPEC və Rusiya arasında istehsalın azaldılması yönündə əldə edilən razılaşma uğursuz olub. Belə ki, istehsalın azaldılması neftin qiymətinə təsir etməyib.
OPEC 2017 və 2018-ci illər üzrə qlobal neft tələbi proqnozunu gündəlik təxminən 100 min barel artırıb.
L.Ə.