OPEC-in baş katibi Mohammad Barkindo xam neft ehtiyatlarının azalmağa başladığını və bunun, bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməsinin bir işarəsi olduğunu söyləyib.
285 milyon barel olaraq hesablanan neft bazalarındakı xam neft ehtiyatları, OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq, neftin qiyməti üzərində hələ də təzyiq yaradır.
Oxu.Az “Maja”ya istinadla xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman istehsalın azaldılması razılaşmasının iyun ayından sonra da uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt, ehtiyatların beş ilin ortalamasına düşməsini lazım olduğunu qeyd edib.
Keçən həftə OPEC-in istehsalın azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley neft ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.
OPEC-in yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcək.
Bakı vaxtı ilə saat 07:10-a olan məlumata görə, Brent nefti 52,83 dollardan alıcı tapıb.
N.О.