2015-ci ilin fevralın 1-nə olan məlumata görə, regionlarda cəmi 1 bankomat quraşdırılıb.
Belə ki, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, regionlarda 1 137 ədəd bankomat var idisə, 2015-ci ilin fevralın 1-nə olan məlumata görə isə onların sayı 1 138 ədədə çatıb.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövrü ərzində ölkə üzrə bankomatların sayının 2 618 ədəd olduğu, bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 201 ədəd çox olduğu bildirilir. Bankomatların 1 480 ədədi isə Bakıda yerləşir.
Qeyd edək ki, POS-terminalların sayı 74 584 ədəd olub, onların 50 294 Bakı şəhərində, 24 290 regionlarda yerləşir. Pərakəndə ticarət obyektlərində 73 159 min ədəd POS-terminal və ya bütün POS-terminalların 98%-i quraşdırılıb.