“Özəl pensiya fondlarının yaradılması ilə bağlı layihə işləri aparılır. Hazırda bu layihə müzakirə mərhələsindədir. Çalışacağıq ki, vətəndaşlara müxtəlif şərtlər əsasında çeşidli xidmətlər təqdim edək”.
Bunu Oxu.Az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi əhali özlərinin gələcəyi, özəl pensiya məqsədləri üçün sığorta şirkətlərinin xidmətlərindən istifadə edə bilmələridir:
“Layihənin birinci mərhələsini tamamlamışıq. Hazırda ikinci və üçüncü mərhələdəyik. Fikrimcə, qısa zamanda layihəni ictimaiyyətə təqdim edəcəyik”.
“Bir məqamı qeyd etmək istəyirəm. 2019-cu ildən həvəslə bu işlərə başladıq. Amma baxdıq ki, MDB məkanında layihəni tətbiq edən Qazaxıstanda 20-ə yaxın belə şirkət fəaliyyətə başlasa da, hazırda biri işləyir. Burada əsas məqsəd keyfiyyətli işin təqdim edilməsidir.
Gözləntilərimiz yüksəkdir, xidmətin keyfiyyəti də ona adekvat olmalıdır”, - deyə nazir müavini əlavə edib.
İlhamə Əbülfət