"Təbii yanacaqlar və ətraf mühitlə bağlı biz çalışırıq ki, balanslı siyasət yürüdək. Daha çox inklüziv, dayanıqlı siyasətə üstünlük veririk".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunda Pakistanın neft naziri Əli Pervaiz Malik deyib.
O bildirib ki, Pakistan sənayeləşdirməyə üstünlük verir:
"Pakistanda il ərzində enerji istehsalı orta hesabla 14 min meqavatdır. Enerji istiqamətini koordinasiyalı etməyə çalışırıq".
"Azərbaycan hökumətinə enerji siyasətində bizə dəstək olduğuna görə təşəkkür edirəm. Pakistanda enerji sektoru üstünlük təşkil edir. Qaz sektorunu dayanıqlı etmək üçün cəhdlərimiz var. Təşviqedici addımlarla yanaşı, islahatları artırmağa çalışırıq", - deyə nazir qeyd edib.
Məhərrəm Əliyev