Cari ilin yanvar-oktyabr ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 420 milyon manat həcmində sığorta haqqı toplanıb.
Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon manat və ya 11% çoxdur.
Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 191milyon manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətdə 36% çoxdur.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin 10 ayı ərzində könüllü sığorta növləri üzrə haqlar 15%, ödənişlər isə 38% artıb.
İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 milyon manat təşkil edib.
Sığorta şirkətləri üzrə 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hesablanmış sığorta haqları aşağıdakı cədvəldə öz əksini tapıb.
| 2016-cı ilin yanvar-oktyabr ayları üzrə hesablanmış sığorta haqları | |||
| (manatla) | |||
| № | Sığortaçının adı | Sığorta Haqları | SığortaÖdənişləri |
| 1 | “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 4,536,478.45 | 6,668,995.90 |
| 2 | “AXA MBASK” Sığorta Şirkəti AçıqSəhmdarCəmiyyəti | 18,553,586.46 | 7,676,473.42 |
| 3 | “Alfa Sığorta” Açıq SəhmdarCəmiyyəti | 1,021,137.83 | 811,624.45 |
| 4 | “Ata Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 8,419,422.58 | 2,804,108.61 |
| 5 | “Atəşgah Həyat” Sığorta Şirkəti AçıqSəhmdarCəmiyyəti | 30,344,682.57 | 23,347,904.00 |
| 6 | “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 32,140,221.00 | 12,951,161.34 |
| 7 | “AzSığorta” Açıq Səhmdar Cəmiyyəti | 19,277,735.85 | 6,427,723.44 |
| 8 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 37,999,056.00 | 13,591,339.00 |
| 9 | “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 5,443,861.52 | 2,557,186.44 |
| 10 | “Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 323,178.76 | 987.79 |
| 11 | “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 856,603.67 | 590,207.42 |
| 12 | “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 506,069.52 | 137,577.42 |
| 13 | “Beynəlxalq Sığorta Şirkəti” AçıqSəhmdarCəmiyyəti | 3,918,221.60 | 3,407,736.41 |
| 14 | “Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 593,950.50 | 1,198,234.79 |
| 15 | “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2,354,872.59 | 126,514.75 |
| 16 | “Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 19,134,041.52 | 2,384,138.04 |
| 17 | “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 66,981,823.52 | 32,521,267.50 |
| 18 | “Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 89,523,191.80 | 37,687,068.95 |
| 19 | “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 27,887,284.00 | 20,046,442.00 |
| 20 | “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 910,310.11 | 642,263.12 |
| 21 | “Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 18,327,263.06 | 7,175,038.75 |
| 22 | “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 8,900,958.21 | 5,115,060.32 |
| 23 | “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 3,867,362.00 | 0.00 |
| 24 | “İPƏK YOLU SIĞORTA” ASC | 18,489,056.53 | 2,622,347.88 |
| 25 | “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 54,335.21 | 165,597.67 |
|
| YEKUN | 420,364,704.86 | 190,656,999.41 |
U.A.
www.oxu.az