Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Pambıq qiymətləri düşür
Bu il pambıq qiymətlərinin 2009-cu ildəki səviyyələrə geri dönməsi gözlənilir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, beynəlxalq bazarlarda pambıq qiymətləri düşməyə başlayıb və ilin əvvəlindən bəri qiymətlər 20% aşağı enib. Mütəxəssislər, pambıq qiymətlərində son beş ilin ən aşağı səviyyələrinə yaxınlaşan geriləmənin davam edəcəyi fikirindədirlər. Qabaqcıl tekstil şirkətləri isə pambıq qiymətlərindəki enişdən məmnundurlar.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) son məlumatlarına görə, qlobal pambıq ehtiyatı (stoku) 2013/2014 mövsümündə 15 milyon bağlama (tay) artaraq 105 milyon bağlama ilə rekord səviyyəyə çatacaq. 2010/2011 mövsümündə pambıq qiymətləri təklifin azlığı səbəbindən 2 dollara yüksəlmişdi. Bundan sonra pambıq istehsl edən ölkələrdə istehsalın təşviq edilməsi ilə təklif tələbi aşdı və böyük bir ehtiyatın yaranmasına səbəb oldu.
Dünyanın ən böyük pambıq ixracatçısı ABŞ-ın bu il məhsul yığımının artımına bağlı proqnozunu 6%-ə yüksəltməsi və pambığın ən böyük istehlakçısı (alıcısı) olan Çində pambıq siyasətinə bağlı qeyri-müəyyənlik ICE-də pambığın qiymətini 63 sent/funt (1 funt=453 qr, bu hesabla 1 kq - 1,40 dollar) səviyyəsinə qədər salıb. Pambıq qiymətləri bu ilin mart ayında qalxdığı iki ilin ən yüksək səviyyəsi olan 97.35 sentdən az qala 32% aşağı düşüb. Pambıq, “S&P GSCI” Əmtəə indeksində bu il ən çox dəyərdən düşən kənd təsərrüfatı əmtəsi olub. Pambıq dünən 66 sent ətrafından alıcı tapırdı.
Analitiklər də qiymət enişinin davam edəcəyini bildirirlər. Pambığın 63 sent ətrafında möhkəmlənməyə çalışdığını qeyd edən analitiklər, qiymətin burada dəstək tapa bilməməsi halında pambığın bir sonra test edəcəyi səviyyənin 62.70 sent olacağına işarə edirlər. Bu qimətin də qırılması halında psixoloji 60 sent qiymətinin gündəmə gələcəyini söyləyirlər. Mütəxəssislər, 55 sent/funt qiymətinin də qarşıya çıxa biləcəyini qeyd edirlər.
Hollandiya bankı “Rabobank”, ilin son rübündə qiymətlərin 73 sent səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. “Rabobank”ın hesabatında, “Dördüncü rübdə fiziki tələbdə mövsümi artım və qiymətlərdə 2008-ci ildən bu yana gəlinən ən aşağı səviyyənin tələbi artıracağını düşünürük” deyə qeyd edilib.
Dünya pambıq ehtiyatının böyük miqdarını əlində tutan Çinin ehtiyat həcmi 60 milyon bağlamadan çoxdur. Pekin bir müddətdir ehtiyatından satır, lakin mütəxəssislərə görə ehtiyatlar əridə bilinməyəcək qədər çoxdur. Çin Gömrük Birliyinin məlumatlarına görə ölkənin pambıq idxalı ilin ilk yeddi ayında keçən illə müqayisədə 39% azalaraq 1.67 milyon ton olub. Qlobal anbarın az qala yarısını əlində tutan Çinin tələbinin azalması, Hindistanın ixracatını da yavaşladacaq. Hindistanın istehsalındakı artım ilə bu il toplanacaq pambığın 11.4 milyon bağlama olacağı təxmin edilir.
Pambıq qiymətlərindəki geriləmə tekstil nəhəngləri üçün müsbət bir prosesdir. Zəif qiymətlərin Hindistan və Pakistanda tekstil istehsalını canlandıracağı gözlənilir. “Gap”, “Levis” kimi məşhur markaların da bundan üstünlük əldə edəcəkləri qeyd edilir.