Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin lisenziyasını ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə "Qiymətli kağızlar bazarı haqqında" qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv edilib.
Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar