Bu gün PwC-nin Mərkəzi və Şərqi Avropa üzrə baş icraçı direktoru Olqa Qriqer-Siddons və PwC Azərbaycanın Ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Azərbaycanın media tərəfdaşları ilə görüşərək, onlarla qlobal meqatendensiyalara dair məlumat və ölkə ilə bağlı müşahidələrini bölüşüb. Eyni zamanda, xanım Qriqer-Siddons müxtəliflik və inklüzivlik, o cümlədən gender məsələlərinə də toxunub.
Meqatendensiyalar
Demoqrafik dəyişikliklər, sürətli urbanizasiya, qlobal iqtisadi və biznes fəaliyyətinin yenidən tənzimlənməsi, texnoloji nailiyyətlər və resursların çatışmazlığı dünyada biznes və hökumətlərə təsir göstərən meqatendensiyalar arasındadır.
Şirkət rəhbərləri (CEO) arasında keçirilən sorğu
Dəyişən dünyada qlobal şirkət rəhbərləri iqtisadi qeyri-müəyyənlik, qanunverici yükün artıq olması və səriştəli mütəxəssislərin çatışmazlığı kimi bir sıra çətinliklərlə üzləşir.
Xanım Qriqer-Siddons mətbuata açıqlamasında bu yaxınlarda Davosda keçirilən Dünya İqtisadi Forumunda dərc olunan PwC-nin 20-ci İllik Qlobal CEO Araşdırmasının əsas nəticələri haqqında məlumat verib.
O, bu çətinliklərin aradan qaldırılmasının vacibliyini qeyd edərək, qlobal transformasiya proseslərinə adaptasiyaya kömək etmək üçün biznes mühitinin imkanlarını xüsusi vurğulayıb. İqtisadi qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, PwC CEO Araşdırması göstərir ki, qlobal biznes liderlərinin şirkət gəlirlərinin uzunmüddətli artımı ilə bağlı proqnozları daha yüksəkdir. CEO-ların 38%-i (2016: 35%) gəlirlərinin növbəti 12 ay ərzində artacağına tam əmindirlər.
PwC-nin Azərbaycana qarşı göstərdiyi xüsusi diqqət və qayğı
“PwC olaraq biz Azərbaycana və xalqına xüsusi önəm verməkdən məmnunuq. Cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etmək məqsədimizə uyğun olaraq, biz hökumət, şirkətlər, elmi birliklər və QHT-lərə keçid və inkişaf prosesində dəstək olmaq üçün onlarla əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə Olqa Qriqer-Siddons bildirib.
Bu mövzunu davam etdirərək Mövlan Paşayev PwC-nin ölkənin iqtisadi inkişafına verdiyi töhfədən, o cümlədən regionda və onun hüdudlarından kənarda Azərbaycanın davamlı, əlverişli investisiya mühitinin yaradılmasına strateji dəstəyindən danışdı.
“İnanıram ki, yerli istedadlar və qabaqcıl beynəlxalq təcrübə ilə innovasiyanın vəhdəti bizim əsas üstünlüyümüzdür və uzunmüddətli iqtisadi inkişafın və cəmiyyətin rifahının yüksəldilməsi üçün stimuldur”, - deyə Mövlan Paşayev yekun nitqində bildirib.
Müxtəliflik və inklüzivlik
“Günümüzdə müxtəliflik və istedadların cəlb olunması ilə bağlı məsələlər təşkilatlarda yeniliklərin stimullaşdırılması və daim dəyişən dünyada rəqabət üstünlüyünün yaradılmasında mühüm rol oynayır.
Gender faktoru nəzərə alınmaqla, işəgötürmə haqqında hesabatımız göstərir ki, bütün dünyada korporativ sistemin hər bir səviyyəsində qadınlar daha az təmsil olunurlar: Rəhbər vəzifələrin 81%-də kişilər çalışır və işləyən qadınların (54%) əksəriyyəti adətən iş təcrübəsini tələb etməyən başlanğıc vəzifədə çalışırlar” - deyə Olqa-Qriqer-Siddons bildirib.
İstedadlar, müştərilər və maraqlı tərəflərin gözləntilərinin davamlı olaraq artmasını nəzərə alaraq, iş yerində gender pariteti açıq şəkildə sosial rifahın müdafiəsi və mühüm biznes tapşırığı olmuşdur.
Qeyd edək ki, PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 223000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.
U.A.
www.oxu.az