“Qaradağ” yatağındakı 483 nömrəli quyuda qazma işləri başa çatdırılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, quyudan yaz-yay mövsümündə qazvurma məqsədilə istifadə olunacaqdır. Quyuya sutkalıq 100 000 kubmetr qaz vurulacağı nəzərdə tutulur.