Fevralın 27-si gecə saat 23:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi 3-4 gün müddətinə nəzərdə tutulub.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az