Azərbaycanda fəaliyyət göstərən tanınmış sığorta şirkətlərindən biri olan “Qarant Sığorta” fəaliyyətini dayandırıb.
Bu barədə Oxu.Az-a şirkətin daxil olduğu “Garant Holding”dən bildiriblər.
Məlumata görə, 25 dekabr 2015-ci il tarixində Səhmdarların ümumi yığıncağında “Qarant Sığorta” ASC-nin fəaliyyətinin könüllü şəkildə dayandırılması və fəaliyyətinə xitam verilməsinə dair qərar qəbul edilib.
Şirkətin sığorta portfelləri isə yerli sığorta bazarının yüksək maliyyə sabitliyinə malik olan lider şirkətlərə ötürüləcək.
Qeyd edək ki, “Qarant Sığorta” şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdı.