Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.