Paytaxtda Qış bulvarının altında, Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən ərazidə inşa edilən ikiyaruslu yeraltı avtomobil dayanacağında parkinqin qiymətləri məlum olub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə avtodayanacağın əməkdaşları məlumat veriblər.
Onların bildirdiyinə görə, aşağıda qeyd edilən qiymətlər artıq təsdiqlənib:
1 saat – 50 qəpik;
12 saat – 4 manat;
24 saat – 6 manat;
Avtoparkinq əməkdaşlarının bildirdiyinə görə, günün digər vaxtları üçün müəyyən edilən qiymətlər yaxın günlərdə elan ediləcək.
Ümumilikdə, yeraltı dayanacaqda avtomobillər üçün 4500 yer mövcuddur.
Parkinqin hər yerində bu ərazidə siqaret çəkməyin, yeri zibilləməyin, klakson səs siqnalları verməyin, maşını köndələn vəziyyətdə saxlamağın qadağan edildiyi barədə xəbərdaredici lövhələr quraşdırılıb.