Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkənin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artmaqdadır. Azərbaycan Mərkəzi Bankında saxlancda olan hökumətə məxsus qızılın miqdarı 25 414,9 troya unsiyasına (790,5 kq) çatdırılıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.
Nazir sığorta bazarından da danışıb. Onun sözlərinə görə, 2012-ci ildə sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının həcmi 342,5 mln. təşkil edib ki, bu da 2003-cü ilin göstəricisindən 6 dəfə çoxdur:
“Beləliklə, adambaşına düşən sığorta haqlarının orta məbləği 37 manata çatıb ki, bu da 2003-cü ilin göstəricisindən 5,3 dəfə çox olub”.