Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən ilkin olaraq 4 Azərbaycan müəssisəsi (“AZFPCO” MMC (Milla), “АТЕNА” MMC, “Milk- Pro” MMC və “Ucar Aqro” MMC) reyestrə daxil edilib.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov ilə görüşü zamanı səsləndirib.
Nazirin sözlərinə görə, bu isə həmin müəssisələrə 2015-ci ilin 16 mart tarixdən etibarən istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac imkanı yaradır. Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Görüşdə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və emalı məhsullarının Rusiya bazarlarına ixracının daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Ülviyyə R. Əli
www.oxu.az