Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbindən Azərbaycan ərazisindən daşınan yüklərin həcmi son günlər artıb.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Əliyevin sözlərinə görə, təkcə son iki həftə ərazində 800-dən artıq yük avtomobili Azərbaycan ərazisindən keçib:
“Bunlardan 540-ı Azərbaycan üzərindən Qazaxıstanın Aktau dəniz limanına daşınıb”.