Şabranda yanan 300 hektar torpaq sahəsi sığorta olunubsa, bu halda dəymiş zərərə görə kompensasiya ödəniləcək.
Bu barədə Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Qeyd edək ki, APA TV-nin məlumatına görə, Şabran rayonunda güclü yanğın baş verib.
Yanğın zamanı Gəndob kənd bələdiyyəsinə məxsus 40 hektar biçilmiş taxıl sahəsi və 260 hektar ərazidə quru kol-kos yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yaxınlıqdakı fermalar və üzüm bağları yanğından mühafizə olunub.
Şabran rayonunda başlayan güclü yanğın söndürülüb.
Ülviyyə R. Əli
www.oxu.az