“Bakı əsrarəngiz şəhərdir. Hər dəfə bu şəhərə gəlişimdə yeni bir tikilinin şahidi oluram”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri keçirdiyi brifinqdə Bakıya səfər təəssüratları barədə sualı cavablandıran Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
Xarici işlər naziri Sergey Lavrovun iyulun 12-13-də Bakıya səfəri zamanı onu müşayiət etdiyini xatırladan M.Zaxarova Azərbaycan paytaxtının son vaxtlar daha da gözəlləşdiyini və inkişaf etdiyini söyləyib:
“Bakıya hər gəlişimdə yeni bir tikilinin şahidi oluram. Şəhəriniz çox gözəldir. Azərbaycanın gözəl mətbəxi var”.