“Neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 milyard dollar olub: “Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 milyard dollar daxil olacağını gözləyirik”.
U.A.
www.oxu.az